USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yol yenidən quruldu

03.11.2018 İqtisadiyyat
0 0
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respiblika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.

"Kommersant.az" "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir.

Yolun ümumi uzunluğu 29,8 km təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni isə 2.5 m olmaqla yolun ümumi eni 12 m təşkil edir.

Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5sm) yeni asfalt-beton örtük döşənib.

Yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 m iki tərəfli və 1900 m uzunluğunda bir tərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılıb. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb.

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verib. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalıb.

  • Əvvəlki

    “Aztelekom”un aktivləri və öhdəlikləri azalıb - HESABAT

Digər xəbərlər

21.05.2024 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Manatın məzənnəsi
0 0
21.05.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0