Uğurlu investisiyanın - YOLLARI

09.11.2018 İqtisadiyyat
Deyilənlərə əməl edərək varlı yox, amma ağıllı ola bilərsiniz.

"Kommersant.az" xəbər verir ki, dünyanın məşhur yatırımcısı Jim Rogers bu günə qədər müsahibələrində hər zaman uğurlu yatırımın müxtəlif yolları haqda danışıb. Bu dəfə isə Rogersdən ağıllı olmağın yollarına dair məsləhətlər gəlib. Onların bəzilərini sizə təqdim edirik. Belə ki, Rogersə görə uğurlu yatırım etmək insanda əzmi artırar. Bu zaman isə daha çox yatırım etmək istəyi yaranacaq. Amma unutmaq olmaz ki, bir işə başlamısınızsa, onun nəticəsini əldə etmədən başqa işə başlamaq sizi çox yorar; Həyatınızda dəyişiklik etmək istəyirisinizsə, bunu bilməlisiniz ki, dəyişiklik pul itkisinə səbəb olur. Bazar və dostlar heç vaxt sizə əlavə qazanc şansı verməyəcək;

Rogers bu dediklərinin varlı yox, ağıllı olmağın yolları olduğunu söyləyib. Onun sözlərinə görə, bu gün bildiklərinizin bu gün önəmi var. 10 il sonrasını isə heç kim hesablaya bilməz.