USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada ən çətin səfər edilən ada - Cəmi 300 nəfər yaşayır

12.11.2018 İqtisadiyyat
0 0
Dünyada elə yer var ki, nə müharibələr, nə də iqtisadi böhranlar təsir eləmir.

"Kommersant.az" xəbər verir ki, söhbət Tristan-da-Kunya adasından gedir. 300 nəfərin yaşadığı bu adaya getmək isə çox çətindir.

Portuqaliyalı səyyah Taristo da Kunya tərəfindən 1506-cı ildə Ümid burnundan keçən zaman kəşf edilən adadır. Adaya ən yaxın yaşayış məntəqəsi 2800 km uzaqlıqda yerləşir. Tristan-da-Kunya arxipelaqı Atlantik okeanının cənubunda yerləşir.

Ada yüz illər boyu italyan, ingilis və amerikan səyyahların evi olub.

Adaya sadəcə Kalshot limanı ilə getmək olar. Hava limanı yoxdur. İldə bir dəfə "RMS St.Helena" adlı yük gəmisi adaya konserva, qida, videolar, kitab, jurnal və tibbi ləvazimatlar, bəzən isə turist gətirir.

Adaya getmək üçün İngiltərə vizası almaq lazımdır. Adanın yeganə mənfi cəhəti sakinlərin yarıdan çoxunun astma xəstəsi olmasıdır. Adada otel və pansionat olmadığı üçün turist kimi ya çadırda qalmaq lazımdır, ya da tanış adam olmalıdır.

Tristan-da-Kunya adasında 13 dəniz və 2 meşə quşu yaşayır.

1810-cu ildə adaya ilk olaraq amerikalı Conatan Lambert köçüb və sadəcə 2 il yaşaya bilib. 1812-ci ildə isə boğularaq ölüb.

Adada 1 məktəb, bir xəstəxana, 1 poçt, 1 muzey, 1 şirniyyat evi, 1 bar və hovuz, kiçik market, 2 kilsə və həftədə 4 gün yayım edən radio stansiyası var.

1816-cı ildən sonra adaya ingilislər köçməyə başladı və 1856-cı ildə artıq adanın 71 nəfər sakini var idi. Amma növbəti il aclığa görə adadan qaçanlar oldu və əhali sayı 28-ə qədər azaldı.

1961-ci ildə vulkan püskürdü və yenə adada əhali sayı azaldı. 2015-ci ilin məlumatlarına görə, adada 300 nəfər adam yaşayır.

Adanın sadəcə şimali-qərbində yaşayış məntəqəsi var.

ölkə.az

  • Əvvəlki

    Rusiyanın bu aeroportlarına azərbaycanlıların adları verilir

Digər xəbərlər