USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qəbul imtahanlarında xarici dil bölməsi üzrə - YENİLİK

17.11.2018 İqtisadiyyat
0 0
Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır: "Şagirdlərin danışmaq standartlarını da yoxlamağa hazırıq. Amma iki ilyarım biz şagirdlərin dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialımız imkan verir".

M.Abbaszadə xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklərini qeyd edib:

"Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoloji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs lazımdır, o resurslar veriləndən sonra biz bunu tətbiq edəcəyik".

  • Əvvəlki

    Əhalinin gəlirlər nə qədərdir?

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0