USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müəllimlərin maaşı 500 manata çatıb - NAZİRDƏN AÇIQLAMA

28.11.2018 İqtisadiyyat
0 0
Müəllimlərin orta aylıq əməkhaqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır

"Kommersant.az" xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı 142 mindən artıq müəllimin diaqnostik qiymətləndirmədən keçdiyini, onların həftəlik dərs yükünün 1.5 dəfə, vəzifə maaşının isə 2 dəfə artdığını bildirib. Nazirin sözlərinə görə, müəllimlərin orta aylıq əməkhaqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır:

"Son 5 ildə 18 136 müəllim işə qəbul olunub. Cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, tədrisdə tənqidi düşüncə üzrə 27-ci yerə yüksəlib. Ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub. 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, maaşı isə 2 dəfə artırılıb. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illərdə isə 3500-dək məktəb binası tikilib".

  • Əvvəlki

    Ermənilər "Qarabağ" adlı spirtli içki satır - FOTOLAR

Digər xəbərlər