USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənilər "Qarabağ" adlı spirtli içki satır - FOTOLAR

28.11.2018 İqtisadiyyat
0 0
Moskvanın beynəlxalq hava limanında ermənilərin "Qarabağ" adı altında spirtli içkiləri satılır .

"Kommersant.az" xəbər verir ki, Moskva şəhərinin Domodedovo beynəlxalq hava limanında üzərində istehsal yeri kimi Xankəndi göstərilən "Qarabağ" adı altında spirtli içkilər satılır.

Sözügedən spirtli içkilərin üzərində Xankəndi Konyak Zavodu tərəfindən istehsal edilməsi barədə etiket də yapışdırılıb. Hava limanında bu içkilərin satılan zaman fotoları da çəkilib.

Qeyd etmək lazımdır ki, Rusiya hökumətinin bu cür hallara göz yumması bu ölkənin Azərbaycanla mövcud olan münasibətlərinin inkişafına mənfi təsir edən amildir. Çünki Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda sözügedən məhsullar da "Qarabağ" adı altında Rusiya bazarında satışa çıxarılır. Ümid edirik ki, Azərbaycanın Rusiyadakı Səfirliyi sözügedən faktların araşdırılması istiqamətində müvafiq addımlar atacaq.

Ölkə