2014-cü ildən bəri ilk dəfə 80 dolları keçdi

17.05.2018 Energetika
Neft 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı qiymətə satılır

"Kommersant.Az"ın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, "Brent" markalı neftin qiyməti London birjasında 1,1% artaraq 80,18 dollara satılır.

Ekspertlərin rəyincə, neftin bahalaşmasına ABŞ-da neft ehtiyatların azalması, bu ölkənin İranla nüvə sazişindən çıxması və yeni sanksiyaların tətbiq edilməsi səbəb olub.

Qeyd edək ki, Bakı vaxtı ilə səhər saatlarında "Brent" markalı neftin qiyməti 79 dollar/barelə yaxın idi.