USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan Azərbaycan qazının idxalını artıracaq

13.03.2019 İqtisadiyyat
0 0
Gürcüstan qaz bazarının ən mühüm iki strateji seqmenti - əhali və elektrik enerjisinin istehsalı, tam olaraq Azərbaycan qazı ilə təmin olunur və olunacaq.

"Kommersant.az"-ın məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Natiya Turnava bildirib.

Nazir müavini deyib: "Azərbaycan Gürcüstanın əsas təchizatçısı və strateji tərəfdaşı olaraq qalır, və yaxın illərdə Gürcüstan bazarında Azərbaycan qazının payı artacaq".

Turnavanın sözlərinə görə, "Şahdəniz" yatağının ikinci fazasının tam olaraq işə salınmasından sonra, Gürcüstan Azərbaycan qazı üçün tranzit ölkə kimi tamamilə öz resurslarını əldə edəcək: "Bu resurslar sosial cəhətdən həssas əhali təbəqələrinin qazla təchiz edilməsi və elektroenergetika üçün istifadə olunacaq".

  • Əvvəlki

    Azərbaycan nefti bahalaşıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0