USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağdaş rayonunun Yenicə kəndi qazlaşdırılır

17.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Ağdaş rayonunun Yenicə kəndini qazlaşdırır.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a "Azəriqaz"dan bildirilib. Məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 281,9 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 185,7 km qaz kəməri əsaslı təmir olunub. Hazırda Ağdaş rayonunun Yenicə kəndində qazlaşdırılma işləri yüksək surətlə aparılır. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 600 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edəcək və 380-dan artıq fərdi ev mavi yanacaqla təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.
  • Əvvəlki

    Bank VTB (Azərbaycan) ADA universitetinin layihəsində iştirak edib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0