USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənub Qaz Dəhlizinin rəsmi açılışı keçirilir

29.05.2018 İqtisadiyyat
0 0
Bu gün Bakıda Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçirilir.

"Kommersant.Az" xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevgeniş nitq söyləyib.

Daha sonra ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə məsləhətçisi Sandra Oudkerk çıxış edərək bildirib ki, ölkəsi Cənub Qaz Dəhlizinə dəstək verir.

Sonra Böyük Britaniyanın Baş naziri Tereza Meyin mərasim iştirakçılarına təbrik məktubu oxunub. O, məktubunda qeyd edib ki, Britaniya şirkətləri Azərbaycana milyardlarla dollar investisiya qoyub, bundan sonra da investisiya qoyulması və əməkdaşlıq davam etdiriləcək: "Enerji layihələri ilə yanaşı, digər bütün sahələrdə də əməkdaşlığa hazırıq".

Dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

  • Əvvəlki

    Rublun bu günə olan - QİYMƏTİ

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0