Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb
"Kommersant.Az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,10 dollar və ya 0,15% bahalaşaraq 66,83 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,06 dollar və ya 0,08% yüksələrək 75,45 dollar olub.