USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan milli komandasının futbolçularının “Səbail”ə transferlərinin - TƏFƏRRÜATI

29.05.2018 İdman
0 0
Azərbaycan milli komandasının futbolçuları - Rahid Əmirquliyev və Ağabala Ramazanovun “Səbail”ə transferlərinin təfərrüatı bəlli olub.

Klubun mətbuat xidmətindən "Kommersant.Az"a verilən məlumata görə, hər iki yarımmüdafiəçi yeni sponsorların dəstəyi ilə heyətə cəlb olunub. Yeni sponsorların Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə layihələr həyata keçirən şirkətlər olduğu bildirilir: "Onlar bir neçə futbolçunun məvacibini qarşılamağı öhdələrinə götürüblər. Əmirquliyev və Ramazanov həmin şirkətlərin dəstəyi ilə komandaya götürülüblər. Klubda əsas sponsorun xətti ilə isə büdcə artımı baş verməyib".

Qeyd edək ki, Premyer Liqada debüt etdiyi mövsümdə 7-ci yeri tutan “Səbail” 12 futbolçu ilə yollarını ayırıb. Əvəzində R.Əmirquliyev və A.Ramazanovla 1 illik müqavilə bağlanılıb.