Azərbaycanın quru və dəniz yataqlarından hasilatın həcmi açıqlanıb

30.05.2018 Energetika
İndiyə qədər Azərbaycanın dənizdəki yataqlarından 1 042 mln. ton neft və 668 mlrd. kubmetr qaz hasil edilib.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məlumat verib.

O qeyd edib ki, quruda yerləşən yataqlardan isə hasilatın həcmi 977 mln.ton neft və 139 mlrd.kubmetr qaz olub.

"İndiyədək dənizdə və quruda ümumilikdə 83 yataq kəşf olunub. Kəşf olunan yataqlardan 62-si istismardadır", - deyə o, qeyd edib.