Dünya birjalarında - NEFTİN QİYMƏTİ

02.06.2018 Energetika
Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb

“Kommersant.Az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 1,33 dollar və ya 1,98% ucuzlaşaraq 65,71 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,77 dollar və ya 0,99 enərək 76,79 dollar olub.