Güclü külək hasarı uçurdu, qaz xətti zədələndi

07.02.2020 Energetika
Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman ərazidən keçən 100 mm diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb.

Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.

  • Əvvəlki

    Heydər Əliyev Beynəlxalq Aeroportu ən punktual aviaşirkətlərin adlarını açıqlayıb

Digər xəbərlər

30.01.2020 Energetika
Paytaxtın bu rayonunda su olmayacaq
0 0
28.01.2020 Energetika
Bu ərazilər susuz qalacaq
0 0
28.01.2020 Energetika
Azərbaycan nefti 6 dollar ucuzlaşıb
0 0