Günəşdən alıdığımız enerji artıb

16.07.2020 Energetika
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 013,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

"Kommersant.az" Dövət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1%-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,5% artaraq 153,9 mln manat təşkil edib.

Ötən altı ay ərzində Azərbaycanda 12 715,7 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 6,2% çoxdur.

Bunun 665,6 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 23,1% azdır.

Bunun 11 580 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin altı ayının göstəriciləri ilə müqayisədə 9,1% çoxdur.

Hesabat dövründə Azərbaycanda 53,1 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin altı ayının göstəriciləri ilə müqayisədə 8% azdır.

Yanvar-iyun aylarında ölkədə 22,3 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 5,7% çoxdur.