USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlk neft karqosu Azərbaycandan göndəriləcək

21.05.2018 İqtisadiyyat
0 0
Türkiyənin “Star Rafineri”nin iyunun sonunda ilk neft karqosu Azərbaycandan göndəriləcək. Bu həm də simvolik xarakter daşıyır.

"Kommersant.az" xəbər verir ki, bunu "Star Rafineri"nin baş direktoru Mesut İlter deyib. Onun sözlərjnə görə, ilk karqonun göndərilməsi ilə əlaqədar razılaşma əldə edilib.

Maye yanacaq tələbindəki böyümə və "Petkim"in xam maddə ehtiyacı diqqət mərkəzində saxlanılaraq zavodun Türkiyənin idxal etdiyi məhsulları istehsal edəcəyini bildirən İlter dünyadakı zavodların 80%-nin petrokimya ilə birlikdə çalışdığına diqqət çəkib.

İlter Türkiyədə bu birliyin ilk nümunəsinin "STAR Rafineri" olacağına işarə edərək, bu cür müəssisələrdə təhlükəsizlik qapısı kimi qiymətləndirilən məşəlin də keçən ay yandırıldığını və problemsiz çalışdığını deyib. O qeyd edib ki, zavodun işləməsi üçün lazımi bütün yardımçı vasitələrin demək olar ki, hamısı aktiv vəziyyətə gətirilib.

"İndiyə qədər 99,1% fiziki irəliləmə qeydə alınan Starda ümumi olaraq 5,2 milyard dollar xərclənib. Zavod oktyabrın əvvəlində tamamilə bizə təhvil verildikdə 6,3 milyard dollarlıq investisiya başa çatacaq. Hazırda ilk neft gətirəcəyimiz günü gözləyirik. İyunun sonunda ilk neft karqomuz (simvolik olsa da) Azərbaycandan gəlir, bununla bağlı razılaşma əldə olunub. Sonra da ilk olaraq xam neft blokumuzu iyunun üçüncü həftəsində işlədəcəyik. Azərbaycandan gələn karqodan başqa, əsasən, Yaxın Şərq və Rusiyadan 3-4 neft karqomuz da gələcək. Bunları aldıqdan sonra təxminən bir ay boşluğumuz olacaq. Bu dövrdə digər müəssisələri də təhvil alacağıq. Sentyabrın ortasından etibarən xam neft karqoları müntəzəm gəlməyə başlayacaq. Oktyabrın əvvəlində isə bütün zavod işlək vəziyyətdə olacaq. Hədəfimiz oktyabrın əvvəlində ilk məhsulumuzu satacaq formada zavodu çalışdırmaqdır", - deyə, M.İlter bildirib.

Zavodun ilk zamanlar bütün gücü ilə çalışa bilməyəcəyini qeyd edən İlter, mərhələli artım ola biləcəyinə diqqət çəkib: "Buna baxmayaraq, 2019-cu ildən etibarən müəssisə tam gücü ilə çalışacaq. Hazırki planımız budur".