USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada benzin üzrə aksiz vergisi azaldılır

23.05.2018 İqtisadiyyat
0 0
Rusiyada benzin və dizel yanacağı üzrə aksiz vergisinin azaldılması 2018-ci il iyulun 1-dən etibarən həyata keçirilməlidir

"Kommersant.az" xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Dmitri Kozak deyib.

Onun sözlərinə görə, bu, iyulun 1-dən gec olmayaraq baş tutmalıdır:

"Bazarın əvvəlki vəziyyətinə əsasən aksiz vergisini 500 rubl artırmağı planlaşdırdıq. Xatırladım ki, 2010-cu ildən bəri yanacaqdoldurma üzrə aksizlər 2,5 dəfə artıb. Bu neft məhsulları üzərindəki təzyiqi göstərən əhəmiyyətli bir faktordur. Bununla əlaqədar aksiz vergisinin azaldılmasına qərar verildi. Benzinin hər tonuna görə, aksizin məbləği 3 min rubl azaldılacaq".

D.Kozaka görə, bu, bazardakı vəziyyəti stabilləşdirəcək.

  • Əvvəlki

    Əmanətlərin Sığortalanması Fondunda AİB-in nümayəndə heyəti ilə görüş keçirilib

Digər xəbərlər