USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Ukraynaya 160 mln. dollarlıq xam neft ixrac edib

10.07.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Ukraynaya 159,99 mln. ABŞ dolları dəyərində xam neft ixrac edib.

"Kommersant.az" xəbər verir ki, bu, Ukraynanın bu ilin 6 ayı ərzində idxal etdiyi neftin 96,83%-nə bərabərdir.

Bu ilin ilk yarım ilində Ukrayna ümumilikdə neft idxalını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% və ya 96,8 min ton azaldaraq 319,698 min tona çatdırıb. Məbləğ nisbətində Ukraynanın idxal etdiyi neftin dəyəri 165,2 mln. dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk yarım ili ilə müqayisədə 27,3% azdır.

Bu dövr ərzində Ukrayna Qazaxıstandan 2,596 mın. dollar (1,57%), Latviyadan 2,321 mln. dollar (1,4%), digər ölkələrdən isə 0,327 mln. dollar (0,2%) məbləğində neft idxal edib.

Ukraynanın əsas neft idxalçısı "Ukrtatnafta" şirkəti olub ki, onun da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi mövcuddur.

Qeyd edək ki, 2018-ci il ərzində Ukrayna ümumilikdə dəyəri 431,7 mln. dollar təşkil edən 766,6 min ton həcmində neft idxal edib. (Report.az)

  • Əvvəlki

    Azərbaycanda yeni elektron pul kisəsi istifadəyə verildi - PostPay

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0