USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın ən böyük neft şirkətinin xalis mənfəəti artıb

06.11.2019 İqtisadiyyat
0 0
Rusiyanın ən böyük neft şirkəti Rosneft-in xalis mənfəəti, bu ilin yanvar - sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 550 milyard rubl (təxminən 8,7 milyard dollar) təşkil edib.

Rosneft-dən verilən yazılı açıqlamaya görə, həmin dövrdə şirkətin gəlirlərinin 6,2% artaraq 6,5 trilyon rubl (təxminən 101 milyard dollar) təşkil edib.

Şirkətin sərmayə xərclərinin 2019-un yanvar - sentyabr dövründə 6,4% azalaraq 634 milyard rubla düşdüyü vurğulanıb.

Rosneft-in xalis mənfəəti, keçən il 2017-ci illə müqayisədə 150% artaraq 549 milyard rubla yüksəlmişdi. (Marja.az)