USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC-lə Rusiya neft bazarını müzakirə edib

05.06.2018 İqtisadiyyat
0 0
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya neft bazarını müzakirə edib.

"Kommersant" bildirir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo iyunun 5-də Avstriyanın paytaxtı Vyanada Rusiyanın energetika naziri Aleksandr Novakla görüşüb.

Qeyd edək ki, iyunun 22-23-də Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası keçiriləcək. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

  • Əvvəlki

    Azərbaycanda bu bankların öhdəlikləri artıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0