USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu bankların öhdəlikləri artıb

05.06.2018 Bank
0 0
Bu il aprelin 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 9-nun öhdəlikləri illik müqayisədə azalıb.

"Kommersant" Renkinqə istinadən xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Turan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Amrah Bank", "Access Bank", "Bank Respublika", "Unibank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (76,2%), ən az azalma isə "Azərbaycan Sənaye Bankı"nda (5,7%) qeydə alınıb.

20 bankın öhdəlikləri isə son 1 ildə artıb. Bunlar "Günay Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "AFB Bank", "NBC Bank", "Express Bank", "Xalq Bank", "Bank Silk Vey", "Rabitəbank", "Atabank", "Naxçıvan Bank", "Bank BTB", "PAŞA Bank", "Bank Avrasiya", "Azər-Türk Bank", "Nikoyl Bank", "Muğan Bank", "Kapital Bank", Pakistan Milli Bankının Bakı filialı və "AGBank"dır. Ən çox artım "Günay Bank"da (98,2%), ən az artım isə "AGBank"da (1,5%) baş verib.

ABB öhdəliklərinin dinamikasını açıqlamayıb.