USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxıstan 2020-ci ildə neft hasilatı planının 101% -ni yerinə yetirib

12.01.2021 İqtisadiyyat
0 0
Qazaxıstanda 2020-ci ildə neft hasilatı 85,7 milyon ton və ya planlanan rəqəmin 101% -ni təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə respublikanın energetika naziri Nurlan Noqayev çərşənbə axşamı hökumət iclasında məlumat verib.

"2020-ci ilin sonuna qədər neft və kondensat hasilatının həcmi 85,7 milyon tona çatıb ki, bu da planın 101% -ni təşkil edir. Respublikada 2020-ci ildə neft hasilatı 90,5 milyon tondan 85,7 milyon tona və ya 4,8%-ə endirilib", - deyə qeyd edib Nogayev. Koronavirus pandemiyası ilə əlaqədar olaraq neft məhsullarının istehlakında azalma olduğu üçün hökumətin neft hasilatını məhdudlaşdırmaq üçün tədbirlər gördüyünü bildirib

Qeyd edək ki,Qazaxıstanda 2020-ci il üçün neft istehsalı planı 85 milyon ton idi. 2019-cu ildə ölkədə neft hasilatının həcmi 90,5 milyon ton təşkil edib.

  • Əvvəlki

    Yelo Bankda Risk İdarəsi üzrə yeni baş direktor təyin olunub

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0