USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın xam neft ehtiyatları azalıb

28.06.2018 İqtisadiyyat
0 0
ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 9,9 milyon barrel azalıb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış məqsədli) xam neft ehtiyatlarının ötən həftə 9,9 milyon barrel (2,3 faiz) azalaraq 416,6 milyon barrelə gerilədiyini açıqlayıb.

"Kommersant" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2,6 milyon barrel düşəcəyi istiqamətində idi.

Bir əvvəlki həftə xam neft ehtiyatları 5,9 milyon barel azalmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 660 milyon barreldə sabit qalıb..

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,2 milyon barel (0,5 faiz) artımla 241,2 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,3 milyon barel artım olması istiqamətində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 3,3 milyon barel artım göstərmişdi.

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 114 min barel artımla 8,36 milyon barelə çatarkən, xam neft ixracı da gündəlik orta hesabla 626 min barel artımla 3 milyon barelə yüksəlib.

Xam neft hasilatı son 24 həftədə 23 dəfə yüksəlib

Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 62 min barel artımla 10,9 milyon barel olub.

Bu nəticə ilə ölkənin xam neft hasilatı son 24 həftədə 23 dəfə artım göstərmişdir.

EIA-nın İyun 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,8 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,8 milyon barrel olacağı və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı proqnozlaşdırılır.


ABŞ-ın kommersiya xam neft ehtiyatlarının bazar proqnozundan çox azalma göstərməsinin ardından qlobal bazarda xam neftin qiymətlərində artım olub.

  • Əvvəlki

    "Uber"in rəqibi "Lyft"in bazar dəyəri 15 milyard dollara çatıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0