Oman, Yaponiya və Tayvanın neft tankerlərinə hücum oldu

13.06.2019 Hadisə
Oman hakimiyyəti Norveçin “Frontline” şirkətinə məxsus “Front Altair” tankerinə Oman körfəzində hücum olduğunu təsdiqləyib.
"Kommersant.az" xəbər verir ki, tankerin göyərtəsində 3 partlayış olub. Bildirilib ki, "Front Altair" tankeri batıb. Tayvana aid bir tankerin mənşəyi məlum olmayan bir cisim tərəfindən vurulması nəticəsində 21 nəfər təxliyyə edilib. Məlumatı "Hurriyet" yayıb. Yaponiyanın Ticarət Nazirliyi isə Hörmüz boğazı yaxınlığında iki tankerinin hücuma məruz qaldığını bildirib. Marja.az