USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

20.07.2019 Hadisə
0 0
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Kommersant.az" xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib. “Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.

Qeyd edilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)