USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müdafiə Nazirliyindən təyyarə qəzasının videosu ilə bağlı - AÇIQLAMA

26.07.2019 Hadisə
0 0
Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

"Kommersant.az" xəbər verir ki, bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntünün yayılması barədə sorğusuna cavab olaraq bildiriblər.

Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır.

“Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır.

İctimaiyyəti isə həmin videonu yaymamağa, o cümlədən, inanmamağa çağırırıq”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Oxu.az