USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda oğurluq edən qadından narkotik maddə aşkarlanıb

27.07.2019 Hadisə
0 0
Bakıda oğurluq etməkdə şübhəli bilinən qadınların birindən narkotik maddə götürülüb.

"Kommersant.az" xəbər verir ki, hadisə iyulun 22-də baş verib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Gül və K.Qasımova saxlanılıblar.

R.Güldən 0,152 qr heroin götürülüb.