USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fəhlə iş zamanı hündürlükdən yıxılaraq öldü - Kürdəmirdə

30.07.2019 Hadisə
0 0
Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

"Kommersant.az" "Report"a istinadən, hadisə Kürdəmirdə məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

Belə ki, Kürdəmir rayonunun Atakişilli kənd sakini, 24 yaşlı Həmidov Səməd Əhəd oğlu işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.