USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə azərbaycanlı turistlərin avtobusu aşdı - çox sayda yaralı var

03.08.2019 Hadisə
0 0
Türkiyədə azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

"Kommersant.az" xəbər verir ki, hadisə Nevşehir şəhərinin Avanos rayonunda baş verib. Nəticədə 14 azərbaycanlı turist yaralanıb.

Azərbaycanlı turistlər Kapadokya bölgəsini ziyarətə gedirmiş. Avtobusda 18 nəfər olub, onların 14-ü yaralanıb. Xəsarət alanlara yerli dövlət xəstəxanasında ilkin yardım göstərilib. (Qaynarinfo)