Maşın xəttə çırpdı - Kənd qazsız qaldı

05.08.2019 Hadisə
Quba rayonunun Püstəqasım kəndində yol-nəqliyyat hadisəsi baş verib.

“Kommersant.az” xəbər verir ki, hadisə haqqında məlumatı "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfər yayıb.

O bildirib ki, qəza zamanı minik avtomobili qaz xəttinə çırpılıb. Nəticədə kəndin 40 abonenti qazsız qalıb.