USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

5 rayonunun kənd və qəsəbələrində qaz təchizatı dayandırılıb

06.08.2019 Hadisə
0 1
Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən "Kommersant.az"a verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.