USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq”la bağlı kütləvi şikayət - “Bizdən 10 dəfə artıq pul tələb edir”

09.09.2019 Hadisə
0 0
Ucar rayon sakinləri Boyat kənd sakini Qəhrəmanov Alqayıt Alqayıt oğlu, Məhərrəmov Mehman Qurban oğlu, Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu "Azərişıq" ASC ilə bağlı şikayət ediblər.

"Kommersant.az" Yenisabah-a istinadla xəbər verir ki, sakinlər bildirib ki, qurum onları elektrik enerjisi ilə təchiz etmir və bunun üçün əlavə pul tələb edir.

""Azərişıq” ASC-nin və Ucar Elektirik Şəbəkəsinin qanunsuzluğu nəticəsində elektrik enerjisindən istifadə edə bilmirik. Nəticədə də himayəmizdə olan azyaşlı uşaqlarımızla birlikdə qaranlıqda yaşayırıq. Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa dəhşətə gələr.

Səbəbi isə yeni inşa etdiyimiz evimizə elektirik xəttinin çəkilib, elektrik enerjisi ilə təchiz olunmasına görə "Azərişıq” ASC bizdən 10 dəfə artıq pul tələb edir. Hansı ki, mövcud elektrik xəttindən evimizə qədər olan məsafə üçün lazım olan elektrik dirəyi və elektrik kabelini almaq üçün "Azərişıq” ASC-nin tələb etdiyi pul 10 dəfə şişirdilib.

Misal üçün dəyəri 150 manata başa gələn elektirik avadanlıqlarını 10 dəfə şişirdib smeta sənədi tərtib edirlər. Bu minvalla onlar kasıb vətəndaşları soyurlar. Nəticədə də narazılıq yaranır, azyaşlı uşaqlarmızla qaranlıqda yaşamağa məhkum olmşuq. Bu isə saxtakarlıq, özbaşınalıq və talançılıqdır ki, "Azərişıq” ASC yaradır”.

Sakinlərdə Boyat kənd sakini Qəhrəmanov Alqayıt Alqayıt oğlu deyir ki, elektirik xətti ilə mənzilinin arasında 10 metr məsafə var ki, elektirik kabelini də alıb: "Qalır həmin elektirik xəttini çəkmək. Buna görə məndən 180 manat pul tələb edilir”.

Məhərrəmov Mehman Qurban oğlu deyir ki, yeni inşa etdirdiyi mənzildə qaranlıqda yaşamağa məhkum olunub: "Həmin evi fəhləçiliklə 6 ilə inşa etdirmişəm. Hələdə borc ödəyirəm.”Azərişıq” ASC evimdən elektirik dirəyinə qədər məsafəni saxtakarlıq edib 800 metr qeyd edib elektirik xəttinin çəkilməsi üçün məndən 2800 manat pul tələb edir. Hansı ki, özümüz lazım olan elektirik avadanlıqlarının bazarda qiymətini soruşduq cəmi 230 manat pul təşkil etdi”.

Ucar rayonu Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu isə 13 nəfərik ailə üzvülərimizlə birlikdə atasına məxsus darısqal evddə yaşamağa məcbur olduğunu deyib: "Yeni inşa edilmiş evə köçüb yaşaya bilməməyimizin səbəbi isə elektirik xəttinin çəkilməsi üçün bizdən maya dəyərindən 10 dəfə çox pulun istənilməsidir. Evə elektirik xəttinin çəkilməsi üçün məndən 1873 manat 43 qəpik pul tələb olundu. Mövcud elektirik xəttindən evimə qədər olan məsafə 130 metr təşkil edir ki, buna görə 2 elektirk dirəyi və 130 metr elektirik kabeli lazım olacaq. Bunların isə bazar qiyməti ümumilikdə 150 manat təşkil edir”.

Sakinlər bildirib: "Biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik evimizə elektirik xəttinin çəkilərək elektirik enerjisi ilə təchiz edilməsinə tələb olan qiyməti 10 dəfə şişirdib əngəl yaratmış "Azərişıq” ASC-nin saxtakarlığını araşdırb qanunu tədbir görəsiniz, bazar qiymətinə evimizə elektirik xəttinin çəkilərək elektirik enerjisi ilə təchiz edilməsinə kömək edəsiniz”.