USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lerikdə qaz xətti zədələnib - 455 abonent qazsız qalıb

01.10.2019 Hadisə
0 0
Lerik rayonunda texnika qaz xəttini zədələyib.

“Azəriqaz” İB-dən verilən məlumata görə, dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər. Bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb. Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.