USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Binə” ticarət mərkəzi su altında qaldı

02.11.2019 Hadisə
0 0
Gecə saatlarında yağan güclü yağış paytaxtı sel-su altında qoyub.

"Kommersant.az" Oxu.az-a istinadən xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub.

Belə ki, Lökbatanda yerləşən "Binə” ticarət mərkəzinin dayanacağını su basıb. Səhər ticarət mərkəzinə gedənlər avtomobillərini saxlamaq üçün yer tapa bilməyib.

Mağaza sahibləri, satıcılar suyun bəzi mağazalara dolduğunu bildirir.

Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən ticarət mərkəzində eyni problem ortaya çıxır.