USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SON DƏQİQƏ – Xırdalanda güclü partlayış - Yaralı var

09.12.2019 Hadisə
0 0
Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

"Kommersant.az" xəbər verir ki, FHN-dən verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.