USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda xəstəxananın dam örtüyü uçdu

13.02.2020 Hadisə
1 0
Bakıda xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qopub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.