USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mingəçevirdə avtomobil ana və 3 uşağını vuraraq ağır xəsarət yetirib

13.06.2018 Hadisə
0 0
Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Kommersant" "Report"un yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

"VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.