USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cəlilabadda piyadanı maşın vurub

14.06.2018 Hadisə
0 0
Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Kommersant" bildirir ki, "Report"un Aran bürosunun məlumatına görə, rayonun 1963-cü il təvəllüdlü Gülməmmədli kənd sakini Nəzərov Əlizadə Lələxan oğlu minik avtomobili tərəfindən vurulub.

Yaralı dərhal müxtəlif xəsarətlərlə sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.