USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samuxda 4 hektar biçilmiş taxıl sahəsi yanıb

15.06.2018 Hadisə
0 0
Samuxda yanğın hadisəsi qeydə alınıb.

Kommersant-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Samux rayonunun Sərkar kəndində 4 ha biçilmiş taxıl sahəsi və əraziyə yığılmış 16,5 ton ot bağlamasının 6 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.