USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xızıda ildırım çobanları və qoyun-quzunu vurub

18.06.2018 Hadisə
0 0
Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.

"Kommersant" "Report"un Şimal bürosuna istinadən xəbər verir ki, hadisə Dübrar yaylağında baş verib.

İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.