USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rusiya-2018”: Belçika-Panama yığması ilə qarşılaşıb

18.06.2018 İdman
0 0
Rusiya 2018” futbol üzrə dünya çempionatının beşinci günündə “G” qrupunun ilk oyunu başlayıb. Qrupda yer alan Belçika millisi debütant Panama yığması ilə qarşılaşıb.

"Kommersant" xəbər verir, Soçidəkı “Fişt Arena”da oynanılan görüşü zambiyalı Canni Sikazve idarə edir.

Belçikanın start heyətində Tibo Kurtua, Dedrik Boyata, Tobi Alderveyreld, Yan Vertonqen, Kevin De Brüyne, Aksel Vitsel, Toma Menye, Yannik Korrasko, Dris Mertens, Eden Hazard, Romelu Lukaku meydana çıxıblar. Komandanın baş məşqçisi Roberto Martinesdir.

Belçika-Panama oyunu İdman Azərbaycan kanalında və İctimai Televiziyada birbaşa yayımlanır.

Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.

Oyun 0-3 Belçikanın qələbəsi ilə yekunlaşıb.

Qolları 47-ci dəqiqədə Dris Mertens, 69 və 75-ci dəqiqələrdə isə Romelu Lukaku vurub.