USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfirlik: Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

18.06.2018 Hadisə
0 0
İyunun 16-da Moskvada taksinin piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində xəsarət alan iki Azərbaycan vətəndaşının vəziyyəti qənaətbəxşdir.

"Kommersant"ın bildirdiyinə görə, Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişinə əsasən soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Tibb müəssisəsindən verilən məlumata görə, xəsarət alanların vəziyyəti qənaətbəxşdir, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.