Fövqəladə Hallar Nazirliyindən "Kommersant"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, 1 nəfər su anbarında çimərkən batmaq təhlükəsilə üzləşib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.