USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəmkirdə musiqiçiləri daşıyan “VAZ” traktorla toqquşub, xəsarət alanlar var

21.06.2018 Hadisə
0 0
Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Kommersant"ın APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.