USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bərdədə qardaş qardaşı bıçaqlayıb

22.06.2018 Hadisə
0 0
Bərdədə qardaş qardaşı bıçaqlayıb.

"Kommersant"ın APA-nın Qarabağ bürosuna istinadən verdiyi xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. 1982-ci il təvəllüdlü Əsədov Mahir Məhiyyəddi oğlu qardaşı Əsədov Teymur tərəfindən bıçaqlanıb.

M.Əsədov APA-ya açıqlamasında bildirib ki, qardaşı 4 gün əvvəl həbsdən buraxılıb.

Məlumata görə, münaqişəyə səbəb T.Əsədov həbsdə olduğu zaman qardaşının onunla görüşə getməməsi olub.

Faktla bağlı cinayət işi başlanıb.