USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda keçinib

25.06.2018 Hadisə
0 0
Bu gün “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşib.

FHN-dən "Kommersant"a verilən məlumata görə, Q. İsmayılov məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

O, xəstəxanaya aparılarkən yolda keçinib.