USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cəlilabadda 8 otaqlı ev yanıb

25.06.2018 Hadisə
0 0
Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

"Kommersant"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunun Xəlilabad kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində mətbəxin tavanı 9 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.