Gəncədə mağazalar yanıb

26.06.2018 Hadisə
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 640 m² olan bir dam altında tikilmiş ümumi sahəsi 24 m² olan mağazanın yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 24 m² olan mağazanın yanar konstruksiyaları 9 m² sahədə yanıb.

FHN-dən "Kommersant"a verilən məlumata görə, yüksək temperaturdan digər mağazanın 1 ədəd plastik qapısı əriyib.

Digər mağazalar yanğından mühafizə olunub.