Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
"Kommersant" bildirir ki, APA-nın cənub bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən rayonun Ərkivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb. Belə ki, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Mirzəyevin yaşadığı evin həyətinə keçirilən baxış zamanı 24 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 4 kiloqrama yaxın çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarının ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla əlaqədar Masallı RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirir.